Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edərək ad günü münasibətilə təbrik edib.
“Söhbət zamanı Zelenski Əliyevin bu yaxınlarda (14 yanvar 2022-ci il - İF) Ukraynaya səfərini məmnunluqla xatırladığını qeyd edib. Öz növbəsində, Əliyev səfər çərçivəsində göstərilən qonaqpərvərliyə görə Zelenskiyə təşəkkür edib”, - Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat verir.
Həmçinin, həmsöhbətlər gələcək ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar. **
E.Şəfiyev