“PAŞA Bank” 2021-ci ildə aktivlərini 16,2% - 6 milyard 408,381 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il dekabrın 31-nə bankın kredit portfeli 2 milyard 545,578 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 21,5% - İF) təşkil edib.
“PAŞA Bank”ın öhdəlikləri 5 milyard 831,105 milyon manata (artım 17,3%) bərabərdir. Bankda depozitlər 5 milyard 29,427 milyon manat məbləğində (artım 25,3%) qiymətləndirilir.
Bankın kapitalı 577,276 milyon manat (artım 6,7%), nizamnamə kapitalı 354,512 milyon manat (dəyişməyib) təşkil edir.
“PAŞA Bank” 2021-ci ili 90,18 milyon manat məbləğində xalis mənfəətlə (2020-ci illə müqayisədə artım 7% - İF) başa vurub.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın üçüncü aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, "Ador" MMC - 28,18%) və bir fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.**
X.Nəsirzadə