Azərbaycanda koronavirus infeksiyasına 2 468 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 636 min 956-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 757 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər (ötən gün 9 nəfər) vəfat edib.
Ölənlərin ümumi sayı 8 632 nəfərə çatıb.
Virusa yoluxmuş 617 min 791 nəfər (sutka ərzində +5,197 min) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 10 min 533 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 525 (ötən gün 5 145 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 81 min 949 test aparılıb.**
X.Nəsirzadə