Tehranda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Görüş zamanı tərəflər, həmçinin hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.
Görüşün yekununa dair protokol imzalanıb. **
B.Rüstəmbəyov