Müdafiə naziri Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerini Azərbaycana səfərə dəvət edib.
“İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisini Azərbaycana dəvət edirəm və ümid edirəm ki, bu səfər yaxın vaxtlarda baş tutacaq”, - deyə Z.Həsənov Tehranda Baqeri ilə danışıqlardan sonra bildirib.
Baş Qərargah rəisi ilə görüşünü şərh edən Z.Həsənov qeyd edib ki, görüşdə rəsmi Bakının ikitərəfli münasibətləri inkişaf etdirməkdə qətiyyətli olduğu vurğulanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin İran KİV-nə istinadən verdiyi məlumata görə, öz növbəsində, Baqeri bildirib ki, Azərbaycanın müdafiə nazirinin İrana səfərindən sonra iki ölkə arasında hərbi münasibətlər əhəmiyyətli dərəcədə genişlənəcək ki, bu da Azərbaycanla İranın təhlükəsizliyinə xidmət edəcək.*
B.Rüstəmbəyov