2021-ci ilin yekunları üzrə Azərbaycan narının ixrac həcmi $18 milyonu ötüb. Bu barədə Aqrar Sığorta Fondunun məlumatında deyilir.
Hazırda Azərbaycanda 22 min hektardan çox nar bağı var. Narın ən çox əkildiyi bölgələr Göyçay, Kürdəmir, Ağsu, Ucar, Saatlı və Sabirabad rayonlarıdır.
2021-ci ilin dekabr ayında Nazirlər Kabinetinin müvafiq qərarı ilə aqrar sığota edilən bitkilərin sayı 14-dən 41-ə qaldırılıb. Digər meyvələrlə yanaşı, nar da aqrar sığorta edilən məhsulların siyahısına əlavə edilib.
“Nar bağlarının sığortalanması üzrə aqrar sığorta haqları bağın yerləşdiyi regiondan, məhsuldarlıq səviyyəsindən və məhsulun qiymətindən asılıdır. Ölkənin müxtəlif regionlarında narın baza zərfi üzrə sığorta tarifləri 1,62%-3,08% arasında dəyişir”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə