31 dekabr 2021-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 812,561 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 10,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Aktivlərin strukturunda banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitlər xüsusi çəkiyə malikdir, onların həcmi 467,295 milyon manat (artım 5,2%) təşkil edir.
ASB-nin kredit portfeli 243,593 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 23,2% - İF) bərabərdir.
31 dekabr 2021-ci il tarixinə bankın öhdəlikləri 707,085 milyon manat (azalma 12,4%) təşkil edir.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 514,382 milyon manata (azalma 19,6%) bərabərdir.
2021-ci il dekabrın 31-nə bankın kapitalı 105 milyon 476,62 min manat (artım 1,3%), nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) təşkil edir.
2021-ci ildə fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 2 milyon 228,53 min manat (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 2,3 dəfə - İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə bankların ilk onluğunda yer alır.*
X.Nəsirzadə