Azərbaycanda koronavirus infeksiyasına 3192 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 640 min 148-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2468 yoluxma faktı qeydə alınmışdı.
Son həftə ərzində yoluxanların sayı sürətlə artır.
Sonuncu dəfə 3 mindən artıq yoluxma faktı 2021-ci ilin yayında qeydə alınmışdı.
Səhiyyə Nazirliyi yoluxanların sayının artmasını ölkədə “Omikron” ştamının yayılması ilə izah edir. “Bir neçə həftə ərzində “Omikron” ştamı digər növləri sıxışdırıb. Bu gün bu ştam daha çox yayılıb. Yoluxma hallarının 90%-dən çoxu “Omikron”la əlaqəlidir”, - deyə Səhiyyə Nazirliyinin infeksionisti Təyyar Eyvazov bu gün bildirib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər (ötən gün 13 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8650 nəfərə çatıb.
Virusa yoluxmuş 619 min 50 nəfər (sutka ərzində +1,259 min) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 12 min 448 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12544 (ötən gün 11525 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 94 min 493 test aparılıb.*
X.Nəsirzadə