2021-ci ildə Azərbaycanda baş vermiş yanğın hadisələri zamanı 38 nəfər həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.
2020-ci ildə yanğın hadisələri nəticəsində 49 nəfər həlak olub.
Məlumata görə, 2021-ci ildə çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş vermiş yanğın hadisələri nəticəsində 34 nəfər (2020-ci ildə 37 nəfər) həlak olub. Bundan başqa, nəqliyyat vasitələrində baş vermiş yanğınlar zamanı 1 nəfər, digər yanğınlar zamanı 3 nəfər həlak olub.
Ötən il yanğın hadisələri zamanı 129 nəfər (2020-ci ildə 119 nəfər) xəsarət alıb.
2021-ci ildə Azərbaycanda 2092 yanğın hadisəsi (2020-ci ildə 2118) baş verib.*
R.Kərimov