Rumıniya və Belarus Respublikasının vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.
Nazirlər Kabinetinin 26 yanvar 2022-ci il tarixli qərarı ilə vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin siyahısına Belarus və Rumıniya da daxil edilib.
Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabinetinin 13 yanvar 2022-ci il tarixli qərarı ilə İordaniya, Kipr və Ukrayna vətəndaşlarının, habelə bu ölkələrdə yaşayan əcnəbilərin hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verilmişdi.
Səyahətçilər COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını təsdiq edən sənəd), eləcə də uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sertifikat əsasında Azərbaycana gəlib-gedə biləcəklər.*