2021-ci ildə Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
2021-ci il ərzində respublika ərazisində 15247 təbii və texnogen mənşəli hadisə (2020-ci ildə 14 min 730) baş verib. Bu hadisələr nəticəsində 55 nəfər (2020-ci ildə 87 nəfər) həlak olub, 206 nəfər (2020-ci ildə 278 nəfər) xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 51 nəfər (2020-ci ildə 93 nəfər) xilas edilib, 821 nəfər (2020-ci ildə 519 nəfər) təxliyə olunub.
2021-ci il ərzində respublika ərazisində 77 partlayış hadisəsi (2020-ci ildə 82) baş verib. Partlayışlar zamanı 12 nəfər (2020-ci ildə 33 nəfər) həlak olub, 76 nəfər (2020-ci ildə 157 nəfər) xəsarət alıb. 10 nəfər (2020-ci ildə 4) xilas edilib, 15 nəfər təxliyə edilib.*
R.Kərimov