2021-ci ildə “Bank Avrasiya” aktivlərini 4,8% - 167,444 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2021-ci il tarixinə bankın kredit portfeli 114,221 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,4% - İF) təşkil edib. İstehlak kreditləri 3,922 milyon manat (azalma 1,9 dəfə), biznes kreditləri 71,454 milyon manat (artım 11,6%), daşınmaz əmlak kreditləri 38,845 milyon manat (azalma 5,5%) məbləğində qiymətləndirilir.
Bankın öhdəlikləri 95,701 milyon manat (artım 8,1%) təşkil edir.
Bankda depozitlər 50,068 milyon manata (artım 13,7%), əhalinin əmanətləri 43,656 milyon manata (artım 22,7%) bərabərdir.
Dekabrın sonuna “Bank Avrasiya”nın kapitalı 71,744 milyon manat (artım 0,8%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
2021-ci il ərzində fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 792,59 min manat təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 1,5 dəfə azdır.
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.**
X.Nəsirzadə