“Ziraat Bank Azerbaycan” ASC (Türkiyənin “Ziraat Bankası”nın törəməsi) 2021-ci ildə aktivlərini 29,8% - 388,071 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2021-ci il tarixinə bankın kredit portfeli 231,212 milyon manat (2020-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 46% - İF) təşkil edib.
“Ziraat Bank Azerbaycan”ın öhdəlikləri 305,672 milyon manata (artım 33,7%) bərabərdir.
Bankda depozitlər 210,146 milyon manat (artım 38,4%), o cümlədən əhalinin əmanətləri 71,749 milyon manat (azalma 3,2%) təşkil edir.
2022-ci ilin əvvəlinə “Ziraat Bank Azerbaycan”ın kapitalı 83 milyon 398,2 min manata (artım 11,1%), nizamnamə kapitalı 50 milyon manata (dəyişməyib) bərabərdir.
2021-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 7,033 milyon manat (2020-ci ilin göstəricisi ilə müqayisədə artım 3,3 dəfə) olub.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü il dekabrın 30-da "Ziraat Bank Azerbaycan" ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.**
X.Nəsirzadə