Azərbaycanda sənaye zonalarının rezidentləri tərəfindən yatırılan sərmayələrin ümumi həcmi 6,4 milyard manat həcmindəı qiymətləndirilir, növbəti mərhələdə onlar daha 370 milyon manatdan çox yatırım həyata keçirəcəklər. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Bu günə qədər sənaye zonalarının rezidentləri tərəfindən 6,4 milyard manat, o cümlədən 2021-ci il üzrə 247,7 milyon manat investisiya yatırılıb, 9,7 mindən çox yeni iş yeri yaradılıb”, - Cabbarov Twitter hesabında yazıb.
O, həmçinin qeyd edib ki, mövcud layihələr üzrə əlavə olaraq 370 milyon manatdan çox investisiyanın yatırılması və 2,4 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. **
X.Nəsirzadə