Cümə axşamı Qırğızıstan İqtisadiyyat və Maliyyə Nazirliyində nazir müavini Kanat Abdraxmanovun Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun rəhbərliy altında nümayəndə heyəti ilə görüşü keçirilib.
“Görüş zamanı tərəflər Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının yüksək inkişaf potensialını qeyd ediblər”, - Qırğızıstan İqtisadiyyat və Maliyyə Nazirliyindən məlumat verilir.
Bundan əlavə, tərəflər qarşılıqlı ticarət sahəsində əlaqələrin inkişafı və birgə layihələrin reallaşdırılması yolu ilə sərmayələrin artırılması məsələlərini müzakirə ediblər. **
R.Əhmədov