Ermənistan XİN başçısı Ararat Mirzoyan və Türkiyə ilə münasibətlərin normallaşması məsələləri üzrə Eremənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan cari ilin mart ayında Türkiyədə keçiriləcək diplomatik forumda iştiraka dəvət alıblar.
“Biz Ermənistanın xarici işlərnaziri Mirzoyan və xüsusi nümayəndə Rubinyanı (foruma - İF) dəvət etmişik. Paşinyan (Ermənistanın baş naziri - İF) bəyan edib ki, dəvət edəcəyimiz şəxslər forumun işndə iştirak edə bilərlər. Biz şad olarıq”, - Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu cümə axşamı jurnalistlərə bildirib.
O əlavə edib ki, həmçinin forumun işində Azərbaycanın nümayəndə heyəti iştirak edəcək. “Azərbaycan öz fikirlərini bildirə bilər (forum çərçivəsində - İF). Ermənistan öz fikirlərini bildirəcək. Və bu etimadın möhkəmləndirilməsi üzrə addımların bir hissəsinə çevrilə bilər”, - nazir vurğulayıb.
O cümlədən, Çavuşoğlu xatrırladıb ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması üzrə Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü Moskvada baş tutub.
“Xüsusi nümayəndələr təmasdadırlar, biz onların növbəti görüşünün tarix və yerini birlikdə müəyyən edəcəyik”, - türkiyəli nazir bildirib. **
N.Abbasova