2020-ci ilin payızında Qarabağda 44 günlük müharibədən sonra hərbi əməliyyatlar zonasında 1700-dən çox insanın meyiti tapılıb, yüzlərlə şəxs itkin düşmüş hesab edilir. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) məlumat verilir.
“2020-ci ilin payızında Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi nəticəsində hələ də itkin düşənlərin sayı 300-ə yaxındır. 2020-ci ilin noyabrında atəşkəs sazişi imzalanandan bəri 1700-dən çox insanın meyiti tapılıb və onların şəxsiyyətinin müəyyən edilərək ailələrinə qaytarılması prosesinə başlanılıb”, - BQXK-nin saytında məlumat verilir.
Təşkilatdan qeyd olunur ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Rusiya sülhməramlıları ilə birlikdə insan qalıqlarının tapılması üçün 360-a yaxın əməliyyata şərait yaradıb. “Bu əməliyyatlar “son dərəcə” təhlükəlidir, çünki ərazi minalar və partlamamış hərbi sursatlarla doludur. Bundan əlavə, soyuqlar axtarış əməliyyatını çətinləşdirir”, - məlumatda vurğulanır.
BQXK-dən xatırladıblar ki, 2020-ci ildə eskalasiyasdan sonra nəticəsində itkin düşən yüzlərlə insanla yanaşı, 1990-cı illərdən bəri davam edən münaqişə nəticəsində itkin düşənlərin sayı 4500-dən çoxdur. **
E.Şəfiyev