Sahibkarlığın İnkişafı Fondu (SİF) 2021-ci ilin yekunları üzrə 130,6 milyon manat güzəştli kredit verib. Bunu Fondun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.
Onun sözlərinə görə, güzəştli kreditlərin verilməsi üzrə proqnoz 100,4% icra olunub. 2021-ci il üçün proqnoz 130 milyon manat təşkil edirdi.
O.Xaliyev qeyd edib ki, kreditlər ümumi dəyəri 287,7 milyon manat olan 1902 layihəyə ayrılıb.
Verilən kreditlərin orta məbləği 68,6 min manat təşkil edib.
Bu layihələrin həyata keçirilməsi sayəsində 3,213 min yeni iş yerinin açılması planlaşdırılır.*
B.Rüstəmbəyov