Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 25 faiz bəndi - 7,5%-dək artırıb. Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6% səviyyəsində saxlanılıb, yuxarı həddi isə 8,25%-dən 9%-ə qaldırılıb.
AMB tərəfindən uçot dərəcəsi 2021-ci ilin payızından etibarən ardıcıl olaraq 4-cü dəfədir artırılır.
Bu qərar yanvarın 28-dən qüvvəyə minib.*
X.Nəsirzadə