Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə orta illik inflyasiyanın 7,5%-dək təşkil edəcəyini proqnozlaşdırır. Bunu AMB-nin sədri Elman Rüstəmov bu gün mətbuat konfransında deyib.
“Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapazonundan (4+/- 2%) yuxarı - 6,6-7,5% təşkil edəcəyi gözlənilir”, - deyə o bildirib.
E.Rüstəmovun sözlərinə görə, AMB 2023-cü ildə orta illik inflyasiyanın hədəf diapazonuna yaxın olacağını proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7%, illik inflyasiya 12% təşkil edib.
Azərbaycan hökuməti hesab edir ki, inflyasiya idxalın (ilk növbədə, ərzaq məhsullarının) bahalaşması ilə şərtlənib. Hökumət 2022-ci ilin fevralında antiinflyasiya planının ilkin variantını hazırlayacaq.
İqtisadiyyat Nazirliyi 2022-ci il üçün orta illik inflyasiyanı 4% səviyyəsində proqnozlaşdırır.*
X.Nəsirzadə