2021-ci ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 27 milyon 116 min 60,62 ton neft ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 6,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $13 milyard 218 milyon 936,05 min dəyərində (artım 41,2%) neft ixrac edilib.
2021-ci ildə ixracın ümumi strukturunda neftin payı 59,53% (2020-ci ildə 68,15%) təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2021-ci ildə Azərbaycan neftinin bir barelinin orta qiyməti $64,99 təşkil edib.
DGK-nın məlumatına görə, İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. 2021-ci il ərzində neft ixracının 46,4%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail və Xorvatiya da daxil olub.
Bütövlükdə, Azərbaycan nefti əsasən Avropa ölkələrinə ixrac edilsə də, Çin, Hindistan, Tunis, Kanada, Tailand, Vyetnam və Türkiyə daimi alıcılar olaraq qalır.
2021-ci ildə əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton) |
Gəlir, min ABŞ dolları |
İtaliya |
12 581 656,87 |
6 064 567,15 |
İsrail |
1 710 739,75 |
887 543,95 |
Xorvatiya |
1 530 609,18 |
751 238,16 |
Almaniya |
1 164 599,1 |
628 145,03 |
Portuqaliya |
1 160 910,38 |
587 003,87 |
Hindistan |
1 261 379,88 |
584 154,78 |
İspaniya |
1 270 845,01 |
552 660,70 |
Tunis |
1 006 956,38 |
506 120,71 |
Ukrayna |
848 991,01 |
373 411,61 |
Böyük Britaniya |
714 067,20 |
368 687,15 |
Türkiyə |
690 645,29 |
331 599,28 |
Belarus |
541 428,88 |
270 984,46 |
Çexiya |
479 515,16 |
261 458,20 |
Kanada |
416 119,36 |
214 757,33 |
Avstriya |
254 332,55 |
137 154,47 |
Tailand |
277 100,94 |
134 110,72 |
Çin |
277 516,67 |
102 592,36 |
İndoneziya |
173 504,81 |
87 124,86 |
Rumıniya |
173 781,81 |
80 876,89 |
Vyetnam |
139 699,64 |
72 728,56 |
Fransa |
118 183,97 |
62 204,84 |
İsveçrə |
90 283,35 |
48 391,61 |
Yunanıstan |
89 320,00 |
48 262,58 |
İrlandiya |
87 840,90 |
41 737,54 |
Avstraliya |
54 975,82 |
20 884,24 |
Rusiya |
1 056,61 |
535,01 |
N.Abbasova*