Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ildə valyuta hərraclarında $245 milyon alıb. Bunu AMB-nin sədri Elman Rüstəmov bu gün mətbuat konfransında deyib.
“2021-ci ildə keçirilmiş hərracların 70%-də təklif tələbi üstələyib. AMB hərraclarda $245 milyon alıb”, - deyə o bildirib.
E.Rüstəmovun sözlərinə görə, 2022-ci ildə valyuta bazarında balans qorunub saxlanılır. “Milli valyutanın sabitliyi təmin olunacaq, manatın məzənnəsi qorunub saxlanılacaq”, - deyə sədr qeyd edib.
Hazırda valyuta hərraclarında xarici valyutanın əsas satıcısı Azərbaycan Dövlət Neft Fondudur. Fond 2021-ci ildə valyuta hərraclarında $6 milyard 679 milyon məbləğində (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) valyuta satışı həyata keçirib.*
X.Nəsirzadə