2021-ci ildə Azərbaycana $935 milyon 225,33 min dəyərində (artım 44,4%) 91,194 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2020-ci illə müqayisədə 69,7% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $780 milyon 521,81 min dəyərində (artım 43,9%) 85,191 min ədəd avtomobil (artım 71,4%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $3 milyon 463,19 min dəyərində 160 ədəd elektrokar və $76 milyon 591,79 min dəyərində 12,936 min ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $90 milyon 479,33 min dəyərində 5,552 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 53,1%), o cümlədən $22 milyon 997,94 min dəyərində 185 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 21,7%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $41 milyon 226,25 min dəyərində 266 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 2,7%) gətirilib.
2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
B.Rüstəmbəyov