Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro məbləğində depozit yerləşdirib.
“İnterfaks-Azərbaycan” agentliyi ARDNF-in məlumatına istinadən xəbər verir ki, vəsait 6 ay müddətinə yerləşdirilib.
“Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-in investisiya strategiyası və qaydaları çərçivəsində həyata keçirilib və 27 yanvar 2022-ci il tarixində yekunlaşdırılıb”, - deyə fondun məlumatında qeyd olunur.
2022-ci il yanvarın 1-nə ARDNF-in aktivləri $45 milyard 25,1 milyon məbləğində qiymətləndirilib.
ARDNF-də neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
A.Əzizov