Avropanın enerji komissarı Kadri Simson fevralın 4-də Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının iclasında iştirak edəcək.
“Simson Bakıya gələcək və fevralın 4-də CQD Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasında iştirak edəcək”, - deyə Avropa Komissiyasının məlumatında bildirilir.
Məşvərət Şurası çərçivəsində nazirlərin birinci iclası 2015-ci il fevralın 12-də, sonuncu (7-ci) iclası 2021-ci il fevralın 11-də keçirilib.*
E.Şəfiyev