Azərbaycanda koronavirus infeksiyasına 3564 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 647 min 73-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3361 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər (ötən gün 14 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8683 nəfərə çatıb.
Virusa yoluxmuş 621 min 186 nəfər (sutka ərzində +1004) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 17 min 204 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12445 (ötən gün 12923 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 119 min 861 test aparılıb.*
E.Şəfiyev