Gəncə İdman Sarayının tikintisi 2024-cü ilin əvvəlinə qədər sona çatacaq. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Bu idman sarayı əminəm ki, gələn ilin sonuna qədər istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacaq”, - Əliyev Gəncə şəhərinə səfər zamanı “AZƏRTAC” agentliyinə müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, bu, ölkəmizin ən böyük idman sarayıdır. “Bu, çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində”, - Əliyev vurğulayıb.
Gəncə İdman Sarayında həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel olacaq. **
X.Nəsirzadə