Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək.
“Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. (...) Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”, - - Əliyev Gəncə şəhərinə səfər zamanı “AZƏRTAC” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2020-ci ikin payızında İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri erməni hərbçiləri tərəfindən dəfələrlə atəşə tutulub. “İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb”, - prezident qeyd edib.
Dövlət başçısının sözlərinə görə, Ermənistan ordusu tərəfindən açılan atəş nəticəsində Gəncədə 26 mülki vətəndaş həlak olub, onlardan 6-sı uşaqdır. “Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə