2021-ci ildə 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $1 milyard 626 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2021-ci ilin yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($460 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($123,9 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında aşağıdakı şirkətlər də təmsil olunurlar: “SOCAR Polymer” MMC ($252,2 milyon), “Azəralüminium” MMC ($98 milyon), “AzerGold” QSC ($103,5 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($85 milyon), “Azərenerji” ATSC ($68,3 milyon), “Azərbaycan Hava Yolları” QSC ($8,2 milyon), “Azəripək” MMC ($4 milyon), “Azərbaycan Dəmir Yolları” QSC ($1,6 milyon),İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ($1,2 milyon).
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($106,9 milyon), “Local garden” MMC ($54,9 milyon), “Baku Steel Company” MMC ($45,6 milyon), “Sun Food” MMC ($40,4 milyon), “P-Aqro” MMC ($44,3 milyon), Təyyar Hidayətov ($37,9 milyon), “Azərşəkər İstehsalat Birliyi” MMC ($32 milyon), “RAM Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC ($27,1 milyon) və “Çinar Aqro” MMC ($31 milyon) daxildir.
Azərbaycan 2021-ci ildə $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib.**
N.Abbasova