2022-ci ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $9 milyon dəyərində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2021-ci ilin yanvar ayında bu göstərici $8,8 milyon olubş Beləliklə, 2022-ci ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracın həcmi 2,3% artıb.
Mərkəzin məlumatına görə, yanvar ayında ixracın həyata keçirildiyi ölkələrin beşliyinə Belarus (1,1%), Rusiya (15,5%), Türkiyə (68,3%), Sinqapur (5,8%) və İraq (2,2%) daxil olub.
Yanvar ayında əsasən qurğuşun (5,8%), pambıq mahlıcı (64,2%), polad boruları (20,9%), yem arpa (2,2%), dondurulmuş quş budu (0,9%) ixrac olunub.
Bu dövrdə yüklərin əsas hissəsi 76,8%-i avtomobil nəqliyyatı, 22,2% - hava nəqliyyatı, 0,3%-i dəmir yolu, qalanı isə digər nəqliyyat növləri ilə ixrac olunub.
2020-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $182,8 milyon məbləğində ixrac həyata keçirilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.**
X.Nəsirzadə