2021-ci ilin yekunları üzrə “Azexport.az” portalına $496,1 milyon ümumi məbləğdə ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2020-ci illə müqayisədə ixrac sifarişlərinin həcmi 18,8% azalıb.
Yanvarda sifarişləri həcmi $53,9 milyon, fevralda - $35,3 milyon, martda - $42 milyon, apreldə - $33 milyon, mayda - $30,1 milyon, iyunda - $42,3 milyon, iyulda - $47 milyon, avqustda - $40,8 milyon, sentyabrda - $43,2 milyon, оktyabrda – $31,1 milyon, nоyabrda – $36,6 milyon, dеkаbrda – $60,8 milyon təşkil edib.
2020-ci ildə “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri $610,7 mln. təşkil edib və 2019-cu illə müqaisədə 2,5% artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az” portalını 2016-cı ilin dekabr ayında istifadəyə verib. Fəaliyyət göstəridiyi dövr ərzində “Azexport.az” portalına $2 milyard 249,5 mln. ümumi məbləğdə ixrac sifarişləri daxil olub.**
B.Rüstəmbəyov