Bu həftə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a diplomatik mənbə məlumat verib.
“Fevralın 3-də Baklda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası keçiriləcək. Bununıa əlaqədar Komissiyanın həmsədri olan XİN başçısının rəhbərliyi altında Macarıstanın nümayəndə heyəti Bakıya səfər edəcək”, - mənbə bildirib.
Onun sözlərinə görə, iclas çərçivəsində həmçinin energetika və ASK üzrə Azərbaycan-Macarıstan işçi qruplarının iclasları gözlənilir.
Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclası 2020-ci ilin fevral ayında Budapeştdə keçirilib. Azərbaycan tərəfindən birgə Komissiyanın həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. **
R.Kərimov