Azərbaycan idxalçıları Ukraynadan dənli və yağlı bitkilərin tədarükünün artırılmasında maraqlıdırlar. Bu barədə Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyinin mətbuat xidməti məlumat verir.
Kiyevdə Ukraynanın aqrar siyasət və ərzaq nazirinin müavini Taras Dzobanın Azərbaycanın biznes nümayəndələri ilə görüşü zamanı bu barədə bəyan edilib.
“Görüş zamanı tərəflər Ukrayna ilə Azərbaycan arasında aqrar sektorunda əməkdaşlıq imkanları, həmçinin dənli və yağlı bitkilərin tədarükünün təşkili məsələlərini ətraflı müzakirə ediblər. Hazırda Azərbaycan Ukraynadan əsasən qarğıdalı, soya, soya şrotu idxal edir. Azərbaycan nümayəndələri Ukraynadan dənli və yağlı bitkilərin tədarükünün, o cümlədən, müvafiq logistika və infrastrukturun təşkilinə maraq ifadə ediblər”, - məlumatda deyilir.
Dzoba Azərbaycanın nümayəndə heyətini Ukraynada torpaq islahatının reallaşdırılması ilə əlaqədar nailiyyətlərlə, Ukraynanın taxıl bazarı, fermerlər üçün dövlət dəstəyinin imkanları ilə tanış edib, həmçinin məlumat verib ki, hazırda əcnəbi hüquqi şəxslər icarəı hüququ əsasında kənd təsətrrüfatı təyinatlı torpaq sahələri əldə edə bilərlər.
“Görüşün yekunlarına dair Ukrayna tərəfi əməkdaşlığın güclənməsi və ərzaq təhlükəsizliyinin təminatı məqsədilə Azərbaycana zəruri dəstək göstərməyə hazır olduğunu bildirib”, - məlumatda qeyd olunur. **
E.Şəfiyev