Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işgüzar səfərə yola düşəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Səfər Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində Həsənov və Akar regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər”, - məlumatda deyilir.
Həsənovun Türkiyəyə səfəri fevralın 2-dək davam edəcək. **
E.Şəfiyev