Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətiləSercio Mattarellanı təbrik edib.
Azərbaycan prezidentinin saytında dərc olunan təbrikdə Əliyev Bakı ilə Roma arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edib.
“Bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığımız daim inkişaf edir. İnanıram ki, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, - Əliyev vurğulayıb.
O, həmçinin vurğulayıb ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan İtaliyanın şirkətləri ölkəmizin iqtisadi həyatında fəal iştirak edir, eyni zamanda işğaldan azad olunmuş ərazilərin (Qarabağ və Şərqi Zəngəzurun - İF) bərpası və yenidən qurulması işlərinə yaxından cəlb olunublar. **
X.Nəsirzadə