2021-ci ildə Azərbaycana $528 milyon 566,59 min dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2021-ci ildə Azərbaycana $528 milyon 566,59 min dəyərində (artım 40,1%) 22 min 335,95 ton (azalma 1,5%) əczaçılıq məhsulları idxal edilib.
2020-ci ildə Azərbaycana $377 milyon 145,01 min dəyərində (artım 27,2%) 22 min 673,04 ton (2019-cu ilin göstəricisi ilə müqayisədə artım 37,2%) əczaçılıq məhsulları idxal edilib.*
N.Abbasova