2021-ci ildə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib.
“İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, 2021-ci ildə manatın məzənnəsi türk lirəsinə qarşı 19,1%, rus rubluna qarşı 2,5%, gürcü larisinə qarşı 3,5% bahalaşıb.
Eyni zamanda, hesabat dövründə manatın məzənnəsi avroya qarşı 3,7%, funt-sterlinqə qarşı 7,2% ucuzlaşıb.
2021-ci ildə manatın dollara qarşı məzənnəsi dəyişməyib.*
R.Əhmədov