2022-ci il yanvarın 31-nə Azərbaycanda pul bazasının həcmi 14 milyard 44,2 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2021-ci il dekabrın sonuna pul bazasının həcmi 17 milyard 937,6 milyon manat təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar ayında pul bazası 21,7% azalıb.
2021-ci ildə Azərbaycanda pul bazası 32,2% artıb.*
X.Nəsirzadə