Çeçenistan hökuməti Azərbaycanla iqtisadi-ticarət münasibətlərində və azərbaycanlı iş adamlarının birgə layihələrin həyata keçirilməsinə cəlb edilməsində maraqlıdır.
Çeçenistanın Sənaye və Energetika Nazirliyi, İxraca Dəstək Mərkəzi və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi arasında respublikanın sənaye müəssisələrinə xarici bazarlara (xüsusilə Azərbaycana) çıxmaqda dəstək göstərilməsinə həsr olunmuş videokonfrans keçirilib.
Çeçenistanın Sənaye və Energetika Nazirliyinin nümayəndəsi Ənvər Alasxanov azərbaycanlı iş adamlarının xüsusilə “Qroznı” xüsusi iqtisadi zonası ərazisində birgə layihələrə cəlb edilməsi üçün regionun imkanlarını təqdim edib.
Həmçinin qeyd olunub ki, 2022-ci ildə azərbaycanlı iş adamlarının Çeçenistana biznes missiyasının təşkil edilməsi planlaşdırılır.*
B.Rüstəmbəyov