Fevralın 1-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.
“Rudenko və Klaar Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə Beynəlxalq Müzakirələrində mövcud vəziyyəti, eləcə də Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinin gedişatını ətraflı müzakirə ediblər”, - deyə RF XİN-in məlumatında bildirilir.*
E.Şəfiyev