Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 2022-ci ilin yanvar ayında 29 halda 32 nәfәr saxta sәnәdlәrlә dövlәt sәrhәdini keçmәyә cәhd edәrkәn saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
“Bunların 25 nəfəri Azərbaycan Respublikası vətəndaşı, 7 nəfəri Türkiyə Respublikasının vətəndaşı olub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, hüquq-mühafizə qurumlarının axtarışında olan 218 nəfər dövlət sərhədindən buraxılış məntəqələrində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.
“Bununla yanaşı, ölkədən çıxışı qadağan olan 265 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb”, - deyə məlumatda qeyd olunur.
Yanvar ayında dövlət sərhədindən buraxılış mәntәqәlәrindә rejim qaydalarının kobud şәkildә pozulması ilə əlaqədar 3 halda 3 nәfәr saxlanılaraq müvafiq qurumlara təhvil verilib.*
E.Şəfiyev