Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin yanvar ayında valyuta hərraclarında $727 milyon ümumi məbləğində xarici valyuta satıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Fonddan məlumat verilib.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Xəbər verildiyi kimi, ARDNF 2021-ci ildə valyuta hərraclarında $6 milyard 679 milyon məbləğində xarici valyuta satıb (2020-ci illə müqayisədə azalma 8,6%). 202-ci ildə ARDNF tərəfindən hərraclarda xarici valyuta satışının orta aylıq göstəricisi $556,6 milyon təşkil edib. **
R.Əhmədov