Rusiyanın “Utair” şirkəti fevralın 9-dan etibarən Moskva-Gəncə marşrutu ilə reyslərin yerinə yetirilməsinə başlayır.
“Hətta hava uçuşlarının məhdud olduğu şəraitdə biz uçuşların coğrafiyasını genişləndiririk, cədvələ yeni istiqamətlər daxil edirik. Uzun illər ərzində “Utair” Moskvadan Azərbaycanın paytaxtı – Bakıya uçuşlar yerinə yetirib, indi isə sərnişinlərin rahatlığı üçün Gəncəyə yeni marşrut daxil edirik”, - “Utair- Sərnişin hava yolları”nın prezidenti Oleq Semyonov qeyd edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, reyslər Boeing 737-800 təyyarəsi ilə çərşənbə günləri Moskvadan saat 6:05-da və Gəncədən 11:30-da yerinə yetiriləcək. Hər hava limanı üçün yerli vaxt qeyd edilib.
Biletlərin qiyməti – bir istiqamətdə 8810 rubldan yuxarı təşkil edir. **
N.Abbasova