Azərbaycan işğal edilmiş ərazilərdə quruculuq işlərində beynəlxalq iştirak üçün şərait yaradır. Bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bəyan edib.
“Azərbaycan işğal edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzurda - İF) infrastrukturu bərpa etməyə davam edir, o cümlədən bu işlərdə beynəlxalq iştirak üçün şərait yaradır”, - Hüseynov Bolqarıstan mətbuatına müsahibəsində bildirib.
Bununla əlaqədar, diplomat Boqarıstan şirkətlərini Azərbaycanın azad edilmiş ərazilərdə reallaşdırılan layihələrə qoşulmağa çağırıb. **
E.Şəfiyev