Azərbaycanda koronavirus infeksiyasına 6620 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 670 min 313-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Bu, koronavirus pandemiyası başlayandan bəri sutkalıq yoluxma ilə bağlı qeydə alınmış antirekord göstəricidir.
Ötən gün 5 223 yoluxma faktı qeydə alınıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər (ötən gün 21 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8779 nəfərə çatıb.
Virusa yoluxmuş 630 min 727 nəfər (sutka ərzində +3 385) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 30 min 807 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 797 (ötən gün 15 945 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 191 min 130 test aparılıb.**
X.Nəsirzadə