2021-ci ildə SOCAR şirkəti tərəfindən polimer məhsulları daxil olmaqla $712,2 milyon ümumi dəyərində qeyri-neft məhsulları ixrac edilib.
“Bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 183% çoxdur.2021-ci ildə ölkədə qeyri-neft məhsulları üzrə ümumi ixracın 26,4%-i SOCAR-ın payına düşüb”, - şirkətin mətbuat xidmətindən məlumat verilir.
SOCAR-ın məlumatına görə, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı $870 milyon artıb, bunun 64,4%-i SOCAR tərəfindən təmin edilib.
“2021-ci ildə “SOCAR Ploymer” müəssisəsi $252,2 milyon dəyərində polimer məhsulu ixrac edib, bu da 2020-ci ilin göstəricisindən 147% çoxdur. 2021-ci ildə ölkə üzrə qeyri-neft ixracının 9,3%-i “SOCAR Polymer»in payına düşüb. Eyni zamanda, ötən il ərzində ölkə üzrə qeyri-neft sektoru üzrə ixrac artımının 17,3%-i “SOCAR Polymer”in payına düşüb”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan rekord $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib. **
N.Abbasova