2022-ci ilin mart ayında OPEC+ çərçivəsində gündəlik neft hasilatı üzrə Azərbaycanın kvotası 7 min barrel – 675 min barrelədək artacaq. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“OPEC+ ölkələrin nazirlərinin 25-ci iclasında gündəlik neft hasilatının 400 min barrel artırılması planının martda davamına dair qəbul edilmiş qərara Azərbaycan razılıq verib. Bununla əlaqədar, yeni razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatı 2022-ci ilin martında daha 7 min barrel artırılaraq 675 min barrelə çatdırılacaq”, - məlumatda qeyd edilir.
Qeyd olunur ki, ixtisarla bağlı öhdəlik 43 min barrel həcmində olacaq. **
N.Abbasova