Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Şuşa heç vaxt erməni şəhəri olmayıb.
“Şuşa ermənilər üçün yad şəhər idi. Əgər bu, erməni şəhəri idisə, nə üçün belə bərbad vəziyyətdədir? Nə üçün bu şəhərə baxmamısınız? Nə üçün bütün bulaqları qurutmusunuz?”, - Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bildirib.
Bundan əlavə, prezident qeyd edib ki, erməni işğalı dövründə Şuşada 1,5 min nəfər yaşayırdı. “Orada yaşayanların da 90%-i hərbçilər və onların ailə üzvləri idi. Yaxşı, bu, erməni şəhəridirsə, niyə burada yaşamırsan? Niyə belə bərbad vəziyyətdədir? Niyə şəhəri məhv edirdiniz bu illər boyu?”, – dövlətimizin başçısı bildirib.
O, həmçinin əlavə edib ki, “Biz Şuşanı necə götürmüşüksə, bu, ayrı dastandır, qəhrəmanlığın zirvəsidir, mənəvi-fiziki gücün sintezidir. Bu, fədakarlığın zirvəsidir”.
Azərbaycanın Qarabağ regionunda Şuşa şəhəri 8 noyabr 2020-ci ildə erməni işğalından azad edilib. **
X.Nəsirzadə