Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfərə gəlib. Bu barədə çərşənbə günü nazir Facebook hesabında yazıb.
Siyarto qeyd edib ki, çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə şam edib.
“Sabah Azərbaycan Respublikası Hökuməti vəMacarıstanRespublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə BirgəKomissiyanıniclası, biznes-forumu və enerji məsələləri üzrə danışıqlar keçiriləcək”, - o yazıb. **
R.Kərimov