Ermənistanda Hakim Vətəndaş Razılaşması Partiyasından prezidentliyə namizəd Vahan Xaçaturyan Azərbaycanla sülhün bərqərar olması və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına tərəfdardır.
“Qonşularla yalnız sülh şəraitində yaşaya bilər və yaşamalıyıq. “Sülhə məcburetmə” tezisi köhnəlib. Hamımız bilməliyik ki, sülh inkişafın və həyatın yeganə formasıdır. Məcburiyyətlə heç nəyə nail olmaq olmaz. Hətta çox güclü olsaq belə, yenə də sülhə can atmalıyıq”, - deyə V.Xaçaturyan bildirib.
O, başlayan erməni-türk dialoquna müsbət münasibət bəslədiyini də vurğulayıb. “İnanıram ki, münasibətləri ilkin şərt olmadan normallaşdırmaq olar”, - deyə prezidentliyə namizəd qeyd edib.*